Bayramov ATƏT Baş Katibi ilə Qarabağ məsələsini müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə Vyanada görüşüb. Görüşdə tərəflər Azərbaycan-ATƏT əməkdaşlığını və Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Rock.News xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Nazir Bayramov ATƏT-in fəaliyyətində səmərəliliyin artırılması üçün Minsk prosesinin ləğvinin vacibliyini vurğulayıb.

Tərəflər regional təhlükəsizlik məsələləri, Azərbaycan-Ermənistan sülh prosesi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bayramov həmçinin Vaşinqton sammitinin nəticələri barədə məlumat verib.