Aİ Ukrayna üçün plan hazırlamalıdır - Komissardan çağırış
Avropa İttifaqının müdafiə komissarı Andrius Kubilius bəyan edib ki, Avropa Ukraynadakı münaqişənin həlli üçün öz planını hazırlamalıdır.
Rock.News xəbər verir ki, bu barədə Avropanın "Politico" qəzeti məlumat yayıb. Komissar Aİ-nin geosiyasi inkişaflarda, o cümlədən Ukraynada sülhə nail olmaq üçün öz planlarına sahib olmaqda güclü mövqe tutmağa hazır olmalı olduğunu vurğulayıb.
O qeyd edib ki, Brüssel "Amerikalı dostları" tərəfindən hazırlanmış plana əlavə olaraq, Avropa ölkələri tərəfindən hazırlanmış təşəbbüsü müzakirə etmək imkanına malik olmalıdır.