ABŞ 30-dan Çox Ölkəyə Girişi Qadağan Edə Bilər: Səbəb Nədir?

ABŞ 30-dan çox ölkənin vətəndaşlarına ölkəyə giriş qadağası tətbiq etməyə hazırlaşır. Səbəb həmin ölkələrin vətəndaşlarının kimliyini dəqiqlə müəyyən edə bilməməsidir.

Rock.News xəbər verir ki, bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem məlumat yayıb. Nazir bildirib ki, əgər ölkələrin sabit hökumətləri yoxdursa və ABŞ-a gəlmək istəyən şəxslərin kimliyini dəqiqlə müəyyən edə bilmirlərsə, həmin ölkələrin vətəndaşlarının ABŞ-a girişinə icazə verilməməlidir.

ABŞ mediasının məlumatına əsasən, Vaşinqton giriş qadağası tətbiq edilən ölkələrin siyahısını 19-dan 32-yə qədər artırmağı planlaşdırır.