Ceyhun Bayramov Norveç XİN rəhbəri ilə görüşdü: Əməkdaşlıq müzakirə olundu

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında Norveç XİN rəhbəri Espen Bart Eide ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Rock.News xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Azərbaycan-Norveç əlaqələrinin hazırkı vəziyyətini, genişlənən siyasi dialoqu müzakirə ediblər. Ceyhun Bayramov norveçli həmkarına Cənubi Qafqazdakı yeni regional reallıqlar barədə məlumat verib. Enerji sahəsində uzunmüddətli tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.