Rumıniya müdafiə naziri səhv məlumatına görə istefa verdi

Rumıniyanın müdafiə naziri Yonuts Muştianu tərcümeyi-halında təhsili ilə bağlı yanlış məlumat verdiyi üçün vəzifəsindən ayrılıb.
Rock.News xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində məlumat yayıb. Muştianu istefa qərarını Rumıniya ordusuna olan sədaqəti və hörməti ilə əlaqələndirib. O, həmçinin vurğulayıb ki, Rumıniya və Avropa Rusiya tərəfindən edilən hücumlara məruz qalır və milli təhlükəsizlik hər zaman qorunmalıdır. Sabiq nazir əlavə edib ki, illər əvvəl yol verdiyi səhvlərin və keçmişi ilə bağlı müzakirələrin ölkə rəhbərliyinin diqqətini yayındırmasını istəmir.