Honq Konqda yanğın qurbanlarının sayı 128-ə yüksəldi

Honq Konqda yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.
Rock.News xəbər verir ki, yanğında həlak olanların sayı 128 nəfərə çatıb. Qeyd edək ki, noyabrın 26-da günorta saatlarında dünyanın ən sıx məskunlaşan və ən çox hündür binaların yerləşdiyi şəhərlərdən olan Honq Konqun Tay Po rayonundakı səkkiz binadan və təxminən 2 000 mənzildən ibarət yaşayış kompleksində güclü yanğın baş verib. Bildirilir ki, yanğın binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarında başlayıb və güclü küləyin təsiri ilə sürətlə yayılıb.