Hakan Fidan İstanbul danışıqlarına ev sahibliyinə hazırdır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna arasında müzakirələrin yenidən İstanbulda davam etdirilməsi üçün Türkiyənin hazır olduğunu bildirib.
Rock.News xəbər verir ki, Hakan Fidan müzakirə masasından geri çəkilməməyin vacibliyini vurğulayıb.
"Birbaşa danışıqların bir çox mövzuda məhsuldar nəticələr verdiyini gördük və Cenevrədə yeni perspektivin formalaşdığını müşahidə edirik. Müzakirə zəminini qorumaq vacibdir. Türkiyə olaraq İstanbul danışıqlarına yenidən ev sahibliyi etməyə və birbaşa danışıqları dəstəkləməyə hazırıq. Müzakirə masasında geri çəkilməmək lazımdır", - deyə Hakan Fidan qeyd edib.