Fidan və Vadefull Ukrayna müharibəsini müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Almaniyanın xarici işlər naziri Yohann Vadefull Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.
Rock.News xəbər verir ki, bu barədə Almaniyada səfərdə olan Türkiyə XİN başçısı Hakan Fidan görüşdən sonra keçirilən mətbuat konfransında məlumat verib. Hakan Fidan Ukrayna mövzusunda ətraflı fikir mübadiləsi apardıqlarını və bu sahədəki konstruktiv fəaliyyətlərini davam etdirəcəklərini bildirib. O, Rusiya tərəfinin razılaşma ilə bağlı yeni addımlarını dəyərləndirdiklərini və atəşkəsin bir an əvvəl təmin olunması üçün iradələrini ortaya qoyduqlarını qeyd edib.