Belçika Baş naziri Rusiya aktivlərinin müsadirəsindən narahatdır
Belçika Baş naziri Bart De Vever Avropa İttifaqının (Aİ) dondurulmuş Rusiya aktivlərindən istifadə planının sürətlə həyata keçirilməsinin sülh sazişinə nail olmaq imkanlarını təhlükə altına ata biləcəyini bildirib.
Rock.News xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. Siyasətçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə ünvanladığı məktubda hələ həllini tapmamış hüquqi və maliyyə məsələlərinin sülh prosesinə dəstək səylərini zədələyə biləcəyi vurğulanır.
Sənəddə De Vever "reparasiya krediti" mexanizminin sürətlə irəli aparılmasının siyasi baxımdan mənfi nəticələr doğura biləcəyini xüsusi qeyd edib.