Almaniyada "Şimal axını" partlayışında şübhəli bilinən şəxs saxlanıldı

Almaniyada "Şimal axını" boru kəmərini partlatmaqda ittiham olunan Ukrayna vətəndaşı Sergey K. həbs edilib.
Rock.News xəbər verir ki, bu barədə Almaniya Federal Ədalət Məhkəməsi qərar qəbul edib. Prokurorların bildirdiyinə görə, həmin şəxs 2022-ci il sentyabrın 26-da təxribat qrupuna rəhbərlik edərək, Baltik dənizinin dibinə dalmaqla "Şimal Axını" və "Şimal Axını 2" boru kəmərlərini partladıb. Müttəhim isə həmin vaxt Ukraynada hərbi xidmətdə olduğunu bildirib. Sergey K. İtaliyada həbs edildikdən sonra Almaniyaya ekstradisiya olunub. Xatırladaq ki, "Şimal Axını" və "Şimal Axını 2" boru kəmərləri vasitəsilə Rusiya qazı Almaniyaya nəql olunur.