ABŞ Rusiyanın Krım üzərində nəzarətini tanımağa hazırdır

ABŞ Krım və digər ərazilər üzərində Rusiyanın nəzarətini tanımağa hazırdır. Bununla razılaşma əldə oluna bilər.
Rock.News xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu məqsədlə Rusiyaya öz xüsusi nümayəndəsi Stiv Uitkoffu göndərir. Uitkoff Rusiya Prezidenti Vladimir Putinə bu barədə birbaşa təklif verəcək. Həmçinin bildirilir ki, Ukrayna bu ərazi itkilərini tanımağa məcbur olmayacaq.