USD1.70
EUR2.00
RUB2.1715
BTC89686.00
USDT1.00
TON1.82
Canlı

FTB Şimali Karolinada İŞİD-lə əlaqəli Yeni İl terrorunun qarşısını aldı

Dünən, 21:30
0
FTB Şimali Karolinada İŞİD-lə əlaqəli Yeni İl terrorunun qarşısını aldı

ABŞ Federal Təhqiqat Bürosu (FTB) Şimali Karolinada İŞİD terror qruplaşmasına dəstək məqsədilə planlaşdırılan Yeni il terror aktının qarşısını alıb.

Rock.News xəbər verir ki, dekabrın 31-də Şimali Karolina ştatında iri supermarketlərdən birinə və fast-food restoranına hücum planlaşdıran şəxs zərərsizləşdirilib. Şarlott yaxınlığında yerləşən Mint Hill şəhərinin 18 yaşlı sakini Kristian Sturdivant xarici terror təşkilatına maddi dəstək göstərməyə cəhd ittihamı ilə həbs edilib. FTB direktoru Keş Patel bildirib ki, təhlükə qısa müddətdə müəyyən edilib və insanların həyatı xilas olunub. Hüquq-mühafizə orqanları Sturdivantın evində axtarış apararkən silahlar və “Yeni il hücumu 2026” başlıqlı qeyd aşkar edib. İstintaq davam edir və şübhəlinin İŞİD ideologiyasının təsiri altında hərəkət etdiyi bildirilir.

Bu mövzuda