İlon Mask BMT Nümayəndəsinin Həbsini Tələb Etdi: Maliyyə Fırıldaqları İddiası

“SpaceX” şirkətinin qurucusu İlon Mask Somalinin BMT-dəki daimi nümayəndəsi Abukar Dahir Osmanın həbs edilməsinə çağırıb.
Rock.News xəbər verir ki, Mask bu barədə X sosial şəbəkəsində yazıb. O, somalili diplomatın ABŞ-da maliyyə maxinasiyalarında iştirakı ilə bağlı iddiaları şərh edərkən “onu həbs edin” ifadəsini işlədib. Paylaşımda qeyd olunur ki, Abukar Dahir Osman əvvəllər ABŞ vergi ödəyicilərinin vəsaiti ilə maliyyələşdirilən və Medicaid proqramı çərçivəsində dələduzluqda təqsirli bilinən tibbi şirkətin sahibi olub. Həmçinin, diplomatın Medicaid məsələləri üzrə nəzarətçi vəzifəsində çalışdığı iddia edilir. Abukar Dahir Osman 1 yanvar 2026-cı ildən etibarən BMT Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra etməyə başlayacaq. Somali isə 2025–2026-cı illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib.



