Səudiyyə Ərəbistanı Yəməndə hava limanını bombaladı: Partlayış səsləri eşidildi
Bu gün, 21:00
0

Səudiyyə Ərəbistanının hərbi-hava qüvvələri Yəmənin şərqindəki Hadramaut əyalətinin Seyun şəhərində yerləşən hava limanına bir neçə aviazərbə endirib.
Rock.News xəbər verir ki, zərbələr barədə məlumatı Yəmənin informasiya, mədəniyyət və turizm nazirinin müavini Salah əl-Akil "Sky News Arabia" telekanalına təsdiqləyib. Telekanalın məlumatına görə, Səudiyyə aviasiyası hava limanına azı üç zərbə endirib. Hava hücumu nəticəsində şəhərdə güclü partlayış səsləri eşidilib.



