ABŞ Polşadakı bazaların inkişafına yarım milyard dollar sərmayə yatırır
Dünən, 22:51
0

ABŞ Polşadakı hərbi bazaların infrastrukturunun inkişafı üçün 500 milyon dollar vəsait ayıracaq.
Rock.News xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Tsesari Tomsik məlumat verib. Onun sözlərinə görə, ABŞ hökuməti Polşada yerləşən Dravsko-Pomorsk, Povidz, Vrotslav və Lask şəhərlərindəki dörd hərbi bazaya 500 milyon dollardan artıq investisiya yatırılmasını nəzərdə tutan planı təsdiqləyib. Polşa hakimiyyəti 2035-ci ilə qədər hər il ABŞ-ın ölkə ərazisindəki hərbi obyektlərinə 250 milyon dollar xərcləməyi öhdəsinə götürüb. Hazırda Polşada 10 mindən çox ABŞ hərbçisi yerləşdirilib. ABŞ 2022-ci ilin fevralında respublikadakı hərbi kontingentinin sayını iki dəfə artırıb. Bundan əvvəl ölkədə 5 min amerikalı hərbçi xidmət edirdi.
Bu mövzuda

Yalovada İŞİD Əməliyyatı: 26 Terrorçu Həbs Edildi, İstintaq Davam Edir

ABŞ Polşadakı bazaların inkişafına yarım milyard dollar sərmayə yatırır

İsrail Hərbi Hava Qüvvələri Hizbullah Mövqelərini Lərzəyə Gətirdi: Livanda Anbarlar Məhv Edildi
