USD1.70
EUR2.00
RUB2.1715
BTC89918.00
USDT1.00
TON1.80
Canlı

Beyləqanda yataqxana binasında yanğın baş verib, xəsarət alan yoxdur

Bu gün, 01:02
0
Beyləqanda yataqxana binasında yanğın baş verib, xəsarət alan yoxdur

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən yataqxana binasında yanğın olması barədə məlumat daxil olub.

Rock.News xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb olunub. İkimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində baş verən yanğın qısa müddətdə söndürülüb, xəsarət alan olmayıb.

Bu mövzuda

Beyləqanda yataqxana binasında yanğın baş verib, xəsarət alan yoxdur — Rock.News