2026-cı il Yer üçün maqnit fırtınası ilə başlayır
1 yan, 12:26
0

Britaniya Geoloji Xidməti xəbər verir ki, 2026-cı il Yer üçün maqnit fırtınası ilə başlayır.
Rock.News xəbər verir ki, Günəşdə yaranan koronal dəlikdən çıxan yüksək sürətli plazma axınları və mümkün koronal kütlə atılmaları fonunda geomaqnit şəraitin güclənəcəyi gözlənilir. 1 yanvar tarixində G1 səviyyəli maqnit fırtınası proqnozlaşdırılır və onun qısa müddət ərzində G2 səviyyəsinədək güclənməsi ehtimalı var. 2 yanvar ərzində isə maqnit fırtınasının zəifləyəcəyi, geomaqnit vəziyyətin əsasən sakit olacağı və ya G1 səviyyəsində qalacağı bildirilir.



