USD1.70
EUR2.00
RUB2.1715
BTC90049.00
USDT1.00
TON1.82
Canlı

Karakasda partlayışlar: ABŞ hava hücumu iddiaları və elektrik kəsintisi

Bu gün, 10:07
0
Karakasda partlayışlar: ABŞ hava hücumu iddiaları və elektrik kəsintisi

Venesuelanın paytaxtı Karakasda partlayışlar baş verib, hava hücumu siqnalları çalınıb.

Rock.News xəbər verir ki, paytaxtda bir çox istiqamətlərdə partlayış səsləri eşidilir, şəhərdə elektrik enerjisi kəsilib. Bəzi yerli mənbələr partlayışların hava hücumu nəticəsində baş verdiyini iddia edir. İlkin məlumatlara görə, ABŞ Hərbi Hava Qüvvələri Venesuela hərbi obyektlərinə hücum edib, Karakasdakı hava bazalarına zərbələr endirilib. Karakas üzərində təxminən on ABŞ helikopteri müşahidə edilib. Məlumatlara görə, ölkənin şimalındakı Vargas ştatında Hərbi Dəniz Akademiyasının yerləşdiyi dəniz bazasına da ziyan dəyib. Venesuela Hərbi Hava Qüvvələri qırıcı təyyarələri havaya qaldırıb. Videomaterial əlavə olunub.

Bu mövzuda

Karakasda partlayışlar: ABŞ hava hücumu iddiaları və elektrik kəsintisi — Rock.News