USD1.70
EUR2.00
RUB2.1715
BTC90049.00
USDT1.00
TON1.82
Canlı

ABŞ Venesuelada hərbi obyektlərə zərbələr endirdi, Maduro Çin səfiri ilə görüşdü

Bu gün, 10:37
0
ABŞ Venesuelada hərbi obyektlərə zərbələr endirdi, Maduro Çin səfiri ilə görüşdü

ABŞ Hərbi Hava Qüvvələri Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evinə zərbə endirib.

Rock.News xəbər verir ki, ABŞ raketlərindən biri Karakasdakı sursat anbarına düşüb. Bundan əvvəl prezident Nikolas Maduro Çin səfiri ilə görüşüb. Prezident sarayına gedən yollar bağlanıb.

Venesuelada atəş səsləri eşidilməkdə davam edir. Yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin paytaxt Karakas və digər ərazilərdəki hərbi bazalara daha bir neçə zərbə endirdiyini bildirirlər. ABŞ-ın Karakasa desant qüvvələri endirməsi barədə məlumatlar yayılıb.

Karakas mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.

Venesuelada partlayışlar qeydə alınıb. Venesuelanın paytaxtı Karakas üzərində hava hücumu ilə bağlı həyəcan siqnalları çalınır. Paytaxda bir çox istiqamətlərdə partlayış səsləri eşidilir, şəhərdə elektrik enerjisi kəsilib. Bəzi yerli mənbələr partlayışların hava hücumu nəticəsində baş verdiyini iddia edir. İlkin məlumatlara görə, ABŞ Hərbi Hava Qüvvələri Venesuela hərbi obyektlərinə hücum edib, Karakasdakı hava bazalarına zərbələr endirilib. Karakas üzərində təxminən on ABŞ helikopteri müşahidə edilib. Görüntülərdə hücum təyyarəsi də qeydə alınıb. Məlumatlara görə, ölkənin şimalındakı Vargas ştatında Hərbi Dəniz Akademiyasının yerləşdiyi dəniz bazasına da ziyan dəyib. Venesuela Hərbi Hava Qüvvələri qırıcı təyyarələri havaya qaldırıb.

Bu mövzuda