USD1.70
EUR2.00
RUB2.1715
BTC90049.00
USDT1.00
TON1.82
Canlı

Venesuelada Atəş Səsləri Eşidilir: ABŞ Zərbələr Endirir, Gərginlik Artır

Bu gün, 10:17
0
Venesuelada Atəş Səsləri Eşidilir: ABŞ Zərbələr Endirir, Gərginlik Artır

Venesuelada atəş səsləri eşidilməkdə davam edir, ölkədə gərginlik yüksəlir.

Rock.News xəbər verir ki, yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin paytaxt Karakas və digər ərazilərdəki hərbi bazalara daha bir neçə zərbə endirdiyini bildirirlər. Karakas mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, Venesuela üzərində hava məkanı tamamilə bağlanıb. Paytaxt Karakas üzərində hava hücumu ilə bağlı həyəcan siqnalları çalınır. Məlumata görə, paytaxda bir çox istiqamətlərdə partlayış səsləri eşidilir, şəhərdə elektrik enerjisi kəsilib. Bəzi yerli mənbələr partlayışların hava hücumu nəticəsində baş verdiyini iddia edir. İlkin məlumatlara görə, ABŞ Hərbi Hava Qüvvələri Venesuela hərbi obyektlərinə hücum edib, Karakasdakı hava bazalarına zərbələr endirilib. Karakas üzərində təxminən on ABŞ helikopteri müşahidə edilib. Görüntülərdə hücum təyyarəsi də qeydə alınıb. Məlumatlara görə, ölkənin şimalındakı Vargas ştatında Hərbi Dəniz Akademiyasının yerləşdiyi dəniz bazasına da ziyan dəyib. Venesuela Hərbi Hava Qüvvələri qırıcı təyyarələri havaya qaldırıb.

Bu mövzuda