USD1.70
EUR2.00
RUB2.1715
BTC89926.00
USDT1.00
TON1.83
Canlı

Şamaxıda evdə partlayış: Ev sahibi yaralandı, dağıntılar baş verdi

Bu gün, 19:40
0
Şamaxıda evdə partlayış: Ev sahibi yaralandı, dağıntılar baş verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Şamaxı rayonu, Şahin Hüseynov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Rock.News xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb olunub. İlkin ehtimala görə, qaz sızması nəticəsində baş verən yanğınsız partlayış nəticəsində evin 30 kv.m sahəsi dağılıb, pəncərələr sınıb, ev sahibi xəsarət alıb. Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb, araşdırma aparılır.

Bu mövzuda

Şamaxıda evdə partlayış: Ev sahibi yaralandı, dağıntılar baş verdi — Rock.News