Səudiyyə Ərəbistanı Yəməndəki qüvvələrə zərbə endirdi: Ölənlər və yaralananlar var
Bu gün, 15:08
0

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə BƏƏ dəstəkli Cənubi Keçid Hökumətinin qüvvələrinə hava hücumu nəticəsində 7 nəfər həlak olub, 20 nəfərdən çox yaralanıb.
Rock.News xəbər verir ki, hava zərbələri Əl-Xasah adlanan bölgədə yerləşən düşərgəni hədəfə alıb. Qeyd edək ki, Yəməndə Cənubi Keçid Hökumətini dəstəkləyən BƏƏ bir neçə gün əvvəl bu ölkədə hərbi mövcudluğunu dayandırdığını elan edib.



