USD1.70
EUR2.00
RUB2.1715
BTC90487.00
USDT1.00
TON1.87
Canlı

Zelenski Kəşfiyyat Rəhbərini Dəyişdirdi: İvaşenko Yeni Təyinat Aldı

Bu gün, 18:49
0
Zelenski Kəşfiyyat Rəhbərini Dəyişdirdi: İvaşenko Yeni Təyinat Aldı

Ukrayna Prezidenti Volodimir Zelenski Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəisi Oleq İvaşenkonu Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbəri vəzifəsinə təyin edib.

Rock.News xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” hesabında məlumat yayıb. Zelenski bildirib ki, İvaşenko Rusiyanın hərbi potensialını məhdudlaşdırmaq üçün Ukrayna hərbi kəşfiyyatı mövqelərində xidmət edəcək. Ukrayna Rusiyanın iqtisadi potensialını hədəfə almağa davam edəcək. Bundan əvvəl GUR rəhbəri vəzifəsini icra edən Kiril Budanov isə Ukrayna Prezident Ofisinin rəhbəri təyin edilib.

Bu mövzuda