USD1.70
EUR2.00
RUB2.1715
BTC87789.00
USDT1.00
TON1.61
Canlı

Azərbaycanda İlin Ən Yaxşı İnnovasiyaları Seçildi: "IDDA Awards" Qalibləri!

18 dek, 12:43
12
Azərbaycanda İlin Ən Yaxşı İnnovasiyaları Seçildi: "IDDA Awards" Qalibləri!

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə 17 dekabr 2025-ci il tarixində “IDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbir, Azərbaycanın innovasiya ekosistemindəki ən mühüm hadisələrdən biri kimi qeyd olunur və ölkədə innovasiya sahəsindəki nailiyyətləri nümayiş etdirir.

Rock.News xəbər verir ki, tədbirdə 200-ə yaxın innovasiya ekosistemi oyunçusu, startaplar, böyük şirkətlərin nümayəndələri və müxtəlif dövlət qurumlarının təmsilçiləri iştirak ediblər. Bu ilki müsabiqəyə 8 fərqli nominasiya üzrə ümumilikdə 162 müraciət daxil olub. Onlardan 119-u ictimai səsvermə mərhələsinə keçib və sonda hər nominasiya üzrə 5 finalçı münsiflər heyəti tərəfindən qiymətləndirilib. İRİA rəhbərliyi müsabiqənin əhəmiyyətini vurğulayaraq, innovasiya və rəqəmsal transformasiya sahəsində görülən işləri qeyd edib.

Bu mövzuda