USD1.70
EUR2.00
RUB2.1715
BTC87789.00
USDT1.00
TON1.61
Canlı

Kibertəhlükəsizlik üzrə dünya çempionatına hazırlıq başladı!

22 dek, 15:41
16
Kibertəhlükəsizlik üzrə dünya çempionatına hazırlıq başladı!

Azərbaycan kibertəhlükəsizlik üzrə mütəxəssislərini Çində keçiriləcək “WorldSkills Shanghai 2026” beynəlxalq yarışına hazırlamağa başlayır. Bu yarışda ölkəmizi təmsil edəcək gənclərin seçimi və hazırlanması prosesinə start verilib.

Rock.News xəbər verir ki, bu proses İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azərbaycan”ın əməkdaşlığı çərçivəsində həyata keçirilir. Seçim turları və hazırlıq İRİA-nın nəzdindəki Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində aparılır. İlk seçim turu olan CTF-1 yarışı artıq keçirilib və 80 namizəd arasından ən yaxşı 20-si növbəti mərhələyə vəsiqə qazanıb. Məqsəd milli kiberkadr potensialının beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

2026-cı ilin yanvarında CTF-2 mərhələsi keçiriləcək, daha sonra 10 nəfər seçilərək intensiv təlimlərə cəlb olunacaq. Təlim proqramını uğurla bitirən 2 nəfər “WorldSkills Shanghai 2026” yarışında Azərbaycanı təmsil edəcək. Bu təşəbbüs ölkədə kibertəhlükəsizlik sahəsində peşəkar kadrların yetişdirilməsinə və Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndirilməsinə xidmət edir.

#kibertəhlükəsizlik#yarış#texnologiya

Bu mövzuda