Bakcell media savadlılığı konfransına dəstək oldu: məqsəd nədir?

Azərbaycanın innovasiya lideri Bakcell, Medianın İnkişafı Agentliyinin təşkil etdiyi “Media savadlılığı” həftəsi çərçivəsində keçirilən konfransın innovasiya tərəfdaşı olub. Şirkət etibarlı informasiya mühitinin formalaşdırılmasına və dezinformasiya ilə mübarizəyə dəstək verib.
Rock.News xəbər verir ki, Bakcell bu təşəbbüslə ölkədə media savadlılığının inkişafına və cəmiyyət üçün etibarlı informasiya mühitinin yaradılmasına töhfə verməyə davam edir. Qeyd edək ki, Medianın İnkişafı Agentliyi tərəfindən 2022-ci ildən etibarən hər il dekabr ayında təşkil olunan “Media Savadlılığı” həftəsi çərçivəsində indiyədək 50-dən çox təlim və tədbir həyata keçirilib, ümumilikdə 3000-dən artıq iştirakçı media savadlılığı üzrə maarifləndirici proqramlarda iştirak edib. Bu il həftə 15-22 dekabr tarixlərini əhatə edib.


