Bakıda oteldə quldurluq: Zərərçəkənin 23 min manatı oğurlandı, şübhəlilər saxlanıldı
Bu gün, 11:14
11

Bakının Nizami rayonunda yerləşən otellərdən birində qonaq olan şəxsin 23000 manat pulu oğurlanıb.
Rock.News xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən 36 yaşlı Azəmət Məmmədov, 31 yaşlı Ülvi İsgəndərov və 37 yaşlı Aqşin Eminov saxlanılıblar. Şübhəlilərin hadisə yerinə gəlişi və gedişi ərazidəki kameralar vasitəsilə qeydə alınıb. Faktla bağlı araşdırmalar davam edir.
#oğurluq#kriminal#polis#Nizami rayonu



