İran Prezidentinin müşaviri Mehdi Sənayi istefa verdi: Etirazlar səbəb?
Bu gün, 14:08
6

İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin istefa ərizəsi yazdığı təsdiqlənib. İddialara görə, istefa ölkədəki etirazlarla əlaqədardır.
Rock.News xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat katibi Fateme Mohecərani bildirib. O, Mehdi Sənayinin istefasının qəbul edilib-edilmədiyindən xəbərsiz olduğunu qeyd edib. İran rialının ABŞ dolları qarşısında dəyər itirməsindən sonra Tehranda sahibkarlar iqtisadi vəziyyətə etiraz olaraq aksiyalar keçirmişdilər.
#İran#isteifa#etiraz



