USD1.70
EUR2.00
RUB2.1715
BTC87789.00
USDT1.00
TON1.61
Canlı

Peskov: Valday hücumu Putinin və Trampın sülh səylərinə qarşıdır

Bu gün, 14:08
3
Peskov: Valday hücumu Putinin və Trampın sülh səylərinə qarşıdır

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Valdayda baş verən dron hücumunu şərh edib.

Rock.News xəbər verir ki, Peskov bu hücumun terror aktı olduğunu və danışıqlar prosesini pozmağa yönəldiyini bildirib. O, hücumun təkcə prezident Putinə qarşı deyil, həm də Trampa qarşı olduğunu, onun sülh səylərini əngəlləmək məqsədi daşıdığını vurğulayıb. Peskov əlavə edib ki, bu cür təxribatlar prezidentlərin dialoqlarını davam etdirməsinə mane olmayacaq, lakin Ukrayna ilə bağlı danışıqlar mövqeyini sərtləşdirəcəkdir. Hərbi nəticələrlə bağlı suala cavab verərkən Peskov qeyd edib ki, Rusiya hərbçiləri necə, nə ilə və nə vaxt cavab verəcəyini bilirlər.

#Rusiya#Ukrayna#Terror#Siyasət

Bu mövzuda