Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilir
Bu gün, 13:58
3

Diasporla İş üzrə Dövlət Komitəsi İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Vətənə gətirilməsi məsələsini nəzarətə götürüb.
Rock.News xəbər verir ki, hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki işlər görülür. Dövlət Komitəsindən bildirilib ki, mərhumun ailə üzvləri ilə davamlı əlaqə saxlanılır.
#milli qəhrəman#cənazə#vəfat#diaspora



