FHN əhalini xəbərdar etdi: Şaxtalı hava təhlükəsi artır!
Bu gün, 11:24
8

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə gözlənilən qarlı və soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Rock.News xəbər verir ki, FHN əhalini qaz və elektrik cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, dağlıq ərazilərdə yaşayan vətəndaşları isə zərurət olmadıqca yaşayış məntəqəsini tərk etməməyə çağırıb. Nazirlik həmçinin güclü külək zamanı yüngül konstruksiyalardan uzaq durmağı və təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.
#hava şəraiti#fövqəladə hal#xəbərdarlıq



