Ali təhsil proqramları: 1041 tələbə qəbul edildi, 463 məzun oldu.
Bu gün, 12:56
4

Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində 6 beynəlxalq ikili diplom proqramı həyata keçirilir.
Rock.News xəbər verir ki, bu proqramlar üzrə ümumilikdə qəbul olan tələbə sayı 1041, məzun sayı isə 463 nəfər olaraq müəyyən edilib. Proqramlar Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADA Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə tərəfdaş universitetlər arasında həyata keçirilir.
#təhsil#ali təhsil#proqram



