Türkiyə Suriya Demokratik Qüvvələrinə xəbərdarlıq etdi: İnteqrasiya tələb olunur!
Bu gün, 13:28
7

Türkiyə Müdafiə Nazirliyi Suriya Demokratik Qüvvələrinə (SDG) mərkəzi hakimiyyətə inteqrasiya olunmaları üçün növbəti dəfə xəbərdarlıq edib.
Rock.News xəbər verir ki, nazirlik SDG-nin desentralizasiya və federalizm tələblərini səsləndirməyə davam etdiyini və mərkəzi hakimiyyətə inteqrasiya olunması istiqamətində addım atmadığını bildirib. Nazirlik, Suriya hökuməti birlik və bütövlüyün təmin edilməsi üçün təşəbbüs göstərərsə, Türkiyənin dəstək verəcəyini vurğulayıb. Həmçinin, Suriya hökuməti ilə “Tək dövlət, tək ordu” prinsipi əsasında yaxın əməkdaşlığın davam etdirildiyi və inteqrasiya prosesinin yaxından izlənilildiyi qeyd edilib.
#Türkiyə#Suriya#SDG#Hərbi



