USD1.70
EUR2.00
RUB2.1715
BTC88798.00
USDT1.00
TON1.64
Canlı

Putinə PUA hücumu: Ukrayna 91 pilotsuz təyyarə göndərdi, ziyan yoxdur

Bu gün, 13:39
7
Putinə PUA hücumu: Ukrayna 91 pilotsuz təyyarə göndərdi, ziyan yoxdur

Rusiya Müdafiə Nazirliyində Prezident Vladimir Putinin Novqoroddakı iqamətgahına pilotsuz uçuş aparatları (PUA) ilə hücumla əlaqədar brifinq keçirilib.

Rock.News xəbər verir ki, Rusiya Hava Kosmik Qüvvələrinin Zenit Raket Qoşunlarının rəisi general-mayor Aleksandr Romanenkov bildirib ki, Ukrayna 28-29 dekabr tarixləri arasında Putinin Novqorod vilayətindəki iqamətgahına uzaqmənzilli PUA-dan istifadə edərək hücum etməyə cəhd edib. Ukrayna PUA-ları Sumı və Çerniqov vilayətləri ərazisindən buraxılıb. Hücum Moskva vaxtı ilə saat 19:20 radələrində aşkar olunub. Ukrayna Silahlı Qüvvələri iqamətgaha hücum etmək üçün 91 PUA göndərib. Bütün PUA-lar məhv edilib və iqamətgaha ziyan dəyməyib. Rusiyalı general bu hücumun məqsədyönlü və dəqiqliklə planlaşdırıldığını vurğulayıb.

#Rusiya#Ukrayna#PUA#Hücum

Bu mövzuda

Putinə PUA hücumu: Ukrayna 91 pilotsuz təyyarə göndərdi, ziyan yoxdur — Rock.News