Bakıda faciə: Qadın dəm qazından boğularaq dünyasını dəyişib
Bu gün, 14:10
19

Bakıda Yasamal rayonunda 64 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Rock.News xəbər verir ki, hadisə 2-ci Alatava yaşayış massivində baş verib. 1961-ci il təvəllüdlü Nağıyeva Təranə Hümbət qızı fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.
#dəm qazı#ölüm#faciə#Yasamal



