Müdafiə Nazirliyi xəbərdarlıq etdi: Suratlar məhv ediləcək!
22 dek, 09:25
6

Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarının məhv edilməsi prosesinə başlayır. Proses dekabrın 22-dən 26-dək Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.
Rock.News xəbər verir ki, Müdafiə Nazirliyi əhalini partlayış səsləri ilə əlaqədar təşvişə düşməməyə çağırır. Nazirlikdən bildirilib ki, narahatlığa heç bir əsas yoxdur və bütün təhlükəsizlik tədbirləri görülüb.
#Müdafiə Nazirliyi#döyüş sursatı#məhv edilmə



