Səhiyyə Nazirliyi bayram günlərində vətəndaşları gigiyenaya riayət etməyə çağırır
Bu gün, 09:12
9

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində əhalinin sağlamlığının qorunması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə vətəndaşları sanitar-gigiyenik qaydalara xüsusi diqqətlə yanaşmağa çağırır.
Rock.News xəbər verir ki, nazirlik yüksək həssaslıq qrupuna aid olan şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etməyi, əl gigiyenasına ciddi riayət etməyi tövsiyə edib. Eyni zamanda, immun sisteminin möhkəmləndirilməsi məqsədilə gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin ərzaqların daxil edilməsi məqsədəuyğundur.
#səhiyyə#bayram#gigiyena

