Tramp Netanyahunu təxribatçı hərəkətlərdən çəkinməyə çağırdı
Bu gün, 08:42
10

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə ondan İordan çayının qərb sahillərində təxribatçı hərəkətlərdən çəkinməsini istəyib.
Rock.News xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb. Floridada keçirilən görüşdə ABŞ lideri və köməkçiləri həmin bölgədəki vəziyyətdən narahat olduqlarını bildirərək Netanyahudan təxribatçı hərəkətlərdən çəkinməyi və vəziyyəti stabilləşdirməyi xahiş ediblər.
#ABŞ#İsrail#Netanyahu#Tramp#siyasət



