BDYPİ sürücülərə müraciət etdi: Bayramda yollarda diqqətli olun!
Bu gün, 09:22
11

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət edib.
Rock.News xəbər verir ki, BDYPİ bayram günlərində paytaxtdan bölgələrə üz tutan vətəndaşların sayının artması ilə əlaqədar yollarda nəqliyyat sıxlığının yarandığını və qəzaların baş vermə ehtimalının artdığını bildirib. İdarə sürücülərə avtomobilin texniki sazlığını yoxlamağı, günün erkən saatlarında yola çıxmağı, sərxoş və ya yuxulu halda sükan arxasına əyləşməməyi, təhlükəsizlik kəmərindən istifadə etməyi, sürət həddini yol və hava şəraitinə uyğun seçməyi, ötmə və manevr qaydalarına uyğun davranmağı, diqqət yayındıran bütün hallardan çəkinməyi tövsiyə edib.
#yol hərəkəti#bayram#BDYPİ#sürücülər


