Naxçıvanda güclü qar: Yollar bağlanır, hərəkət çətinləşir
Bu gün, 11:35
11

Naxçıvanda güclü qar səbəbindən yollarda hərəkət çətinləşib, bəzi ərazilərdə nəqliyyatın hərəkəti iflic olub.
Rock.News xəbər verir ki, Parağaçay Qar uçqunu stansiyasının məlumatına əsasən, qar örtüyünün qalınlığı stansiya ərazisində 18 sm, 3000 metr yüksəklikdə isə 40 sm-ə çatıb. Naxçıvan Muxtar Respublikası ərazisində qarlı hava davam edir.
#Naxçıvan#qar#hava#uçqun



