Ata: XİN olmasa, oğlumun cəsədini İrandan ala bilməzdim
Bu gün, 12:46
12

Xəzərin İran sahilində meyiti tapılan Turan Həsənovun atası Eyvaz Həsənov Xarici İşlər Nazirliyinin (XİN) köməyi olmadan oğlunun nəşini İrandan ala bilmədiyini bildirib.
Rock.News xəbər verir ki, Eyvaz Həsənov İran tərəfində 12 gün qaldığını və oğlunun meyitini əzab-əziyyətlə, xarici işlər naziri Ceyhun Bayramovun köməyi ilə Azərbaycana gətirə bildiyini qeyd edib. Digər itkin düşmüş balıqçı Ağadədə Həsənovun meyiti isə dekabrın 19-da Xəzər dənizinin Astara rayonu ərazisindən tapılıb.
#XİN#cəsəd#İran#balıqçı#itkin



