Rusiyanın regionları üzərində bir sutka ərzində 53 Ukrayna PUA-sı vurulub
Bu gün, 06:21
0

Rusiya hava hücumundan müdafiə vasitələri 31 dekabr tarixində Moskva vaxtı ilə saat 08:00-dan 23:00-dək ölkənin müxtəlif regionları üzərində 53 Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurub.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, onlardan 40-ı Bryansk vilayəti üzərində, 5-i Voronej vilayəti üzərində, 2-si Belqorod vilayəti üzərində, 2-si Orlov vilayəti üzərində, o cümlədən Volqoqrad, Rostov, Tula və Yaroslavl vilayətləri üzərində zərərsizləşdirilib.
Bu mövzuda

ABŞ Venesuela ilə bağlı sanksiya siyahılarına neft tankerləri və bir neçə şirkəti əlavə edib

Rusiyanın regionları üzərində bir sutka ərzində 53 Ukrayna PUA-sı vurulub

2026-cı ildə Azərbaycanda ilk uşaq Şamaxıda doğulub - YENİLƏNİB
