USD1.70
EUR2.00
RUB2.1715
BTC88715.00
USDT1.00
TON1.63
Canlı

Makron növbəti prezident seçkilərində iştirak etməyəcək

Bu gün, 04:59
0
Makron növbəti prezident seçkilərində iştirak etməyəcək
Fransa Prezidenti Emmanuel Makron 2027-ci ildə başa çatacaq səlahiyyət müddətinin sonunadək vəzifəsində qalmaq niyyətində olduğunu açıqlayıb. APA xəbər verir ki, Makron bu barədə Yeni il münasibətilə vətəndaşlara müraciətində bildirib. “Fransa vətəndaşlarının mənə etibar etdiyi mandatın tələblərinə uyğun olaraq, son saniyəyədək, hər gün çalışmağa davam edəcəyəm”, – deyə Fransa prezidenti vurğulayıb. Dövlət başçısı eyni zamanda qarşıdan gələn prezident seçkilərində namizəd olmayacağını da təsdiqləyib. Onun sözlərinə görə, 2026-cı ilin sonuna doğru 2027-ci il prezident seçkilərinə hazırlıq prosesi başlayacaq və bu, son on il ərzində onun iştirak etmədiyi ilk prezident kampaniyası olacaq. Makron qeyd edib ki, seçkilərin mümkün qədər sakit və şəffaf şəkildə keçirilməsi, xüsusilə də xarici müdaxilənin qarşısının alınması üçün əlindən gələni edəcək.

Bu mövzuda