Naxçıvanda işçilərin sosial sığorta haqlarının 100 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq
Bu gün, 13:37
0

Bu gündən Naxçıvanda işçilərin sosial sığorta haqlarının 100 faizi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti olan, qeyri-dövlət sektoruna aid edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq bilavasitə istehsal, o cümlədən emal və hasilat sahəsində (neft-qaz sahəsi istisna olmaqla) fəaliyyət göstərən sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşağıdakı hissə və müddətlərdə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq:
2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – sosial sığorta haqqının 100 faizi dövlət büdcəsi hesabına ödəniləcək.
2029-cu il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək – sosial sığorta haqqının 80 faizi subsidiyalaşdırılacaq.
2032-ci il yanvarın 1-dən 2034-cü il yanvarın 1-dək – sosial sığorta haqqının 60 faizi dövlət tərəfindən qarşılanacaq.
2034-cü il yanvarın 1-dən 2036-cı il yanvarın 1-dək – sosial sığorta haqqının 40 faizi dövlət tərəfindən ödəniləcək.
Bu mövzuda

Kürdəmirdə baş verən qəzada yaralananların adları məlum olub - YENİLƏNİB

Şahbuzda qarın hündürlüyü 29 santimetrə çatıb - FAKTİKİ HAVA

Aylıq gəliri 8 min manatdan çox olanlar üçün sosial sığorta haqqı dəyişib
