Xüsusilə külli miqdarda narkotik vasitə bu dəfə "qarpız" yükünün içərisində aşkar edilib - FOTO - VİDEO
Bu gün, 15:19
0

Xüsusilə külli miqdarda narkotik vasitə bu dəfə "qarpız" yükünün içərisində aşkar edilib. Dövlət Gömrük Komitəsindən APA -ya verilən məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib.
Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə-həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda

Azərbaycanda istehsal olunan avtomobillərin satışının ƏDV-dən azad olunması üçün şərt müəyyənləşib

Netanyahu 2026-cı ili Tramp ilə birlikdə qarşılayıb - FOTO

İsveçrədə barda partlayış nəticəsində 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb - YENİLƏNİB
