Azərbaycanda istehsal olunan avtomobillərin satışının ƏDV-dən azad olunması üçün şərt müəyyənləşib
Bu gün, 17:30
0

Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə əlaqədar yeni şərt müəyyənləşib.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Vergi Məcəlləsinə dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.
Layihəyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2027-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad olacaq.
O cümlədən Azərbaycan Respublikasının ərazisində istehsal olunan yük avtomobillərinin satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə yük avtomobillərinin ehtiyat hissələrinin idxalı bu gündən 7 il müddətinə ƏDV-dən azad ediləcək.
Bu mövzuda

Rusiya Müdafiə Nazirliyi: 29 dekabr tarixində PUA hücumunun hədəfi Putinin iqamətgahındakı obyektlərdən biri olub

Türkiyədə bir nəfər qar uçqununun altında qalıb, 22 ev boşaldılıb - VİDEO - YENİLƏNİB

Xankəndidə “Kənddən şəhərə” Yeni il kənd təsərrüfatı yarmarkası təşkil olunub - FOTOLENT
