Türkiyədə bir nəfər qar uçqununun altında qalıb, 22 ev boşaldılıb - VİDEO - YENİLƏNİB
Bu gün, 19:11
0

Türkiyədə qar uçqununun altında qalan şəxsin kimliyi bəlli olub.
APA -nın Türkiyə bürosunun məlumatına görə, 76 yaşlı Gülnaz Bitik evinin həyətində qar uçqunu altında qalıb.
Hadisə yerinə xilasedici və tibbi briqadalar cəlb olunub. Qar uçqununun altından çıxarılaraq xəstəxanaya aparılan qadın yolda vəfat edib.
Hadisə ilə bağlı videonu təqdim edirik:
***
12:54
Türkiyənin Van vilayətinin Çatak rayonunda qar uçqunu baş verib.
APA -nın Türkiyə bürosunun məlumatına görə, uçqun nəticəsində 1 nəfər qar kütləsinin altında qalıb.
Axtarış-xilasetmə işləri davam etdirilir. Hadisə ilə əlaqədar ərazidə təhlükəsizlik tədbirləri görülüb, 22 ev təxliyə edilib.



