“ƏDV geri al” mexanizmi gözəllik salonları və kosmetoloji mərkəzlərə də şamil olunacaq
Bu gün, 18:01
0

Bu ildən “ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunacaq.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Bu mövzuda

Xankəndiyə gələn turistlərin sayı artıb - FOTOLENT

Rusiya Müdafiə Nazirliyi: 29 dekabr tarixində PUA hücumunun hədəfi Putinin iqamətgahındakı obyektlərdən biri olub - YENİLƏNİB

Yol Polisi xəbərdarlıq edir: Avtomobillə səyahətlərin təşkili ciddi məsuliyyət tələb edir
