Zaqatalada Yeni ilin ilk günü yol qəzası olub, yaralılar var - FOTOLENT
Bu gün, 18:21
0

Zaqatalada Yeni ilin ilk günü yol qəzası baş verib, xəsarət alanlar var.
APA -nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda baş verib. Hərəkətdə olan minik avtomobilləri toqquşub.
Qəza zamanı VAZ 2106 markalı avtomobilin sürücüsü və srnişin xəsarət alıb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi yardım şöbəsinə yerləşdiriblər.
Hazırda yaralılara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.



