Astarada İrandan Rusiyaya gedən "qarpız" yükünün içərisində külli miqdarda narkotik vasitə aşkarlanıb - FOTO - VİDEO
Bu gün, 15:29
0

Xüsusilə külli miqdarda narkotik vasitə bu dəfə "qarpız" yükünün içərisində aşkar edilib. Dövlət Gömrük Komitəsindən APA -ya verilən məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib.
Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə-həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda

Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra uşaq müəssisələrində Yeni il tədbiri keçirilib

Azərbaycanda istehsal olunan avtomobillərin satışının ƏDV-dən azad olunması üçün şərt müəyyənləşib

Netanyahu 2026-cı ili Tramp ilə birlikdə qarşılayıb - FOTO
